Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyinin göstərilməsinə dair Sərəncam imzalayıb
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Güləş Federasiyasına Prezidentin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılıb.

Xəbər 403 dəfə oxundu.