Masallıda cüdoda tətbiq edilən yeni qaydalara həsr olunmuş seminar keçirilib
Masallıda cənub regionu məşqçiləri üçün Beynəlxalq Cüdo Federasiyasının Olimpiya dövrü üçün elan etdiyi qaydalara dəyişikliklə bağlı seminar təşkil olunub.

Respublika dərəcəli hakim Telman Əhmədli ilə yanaşı, hakimlər Taleh İmanov, Səttar Heybətov, Hüseyn Məmmədov, Fuad Yolçuyev, Mənsur Abbasov və Vüsal Əliyev tərəfindən keçirilən seminarda məşqçilərlə yanaşı, cənub bölgəsinin cüdoçuları da iştirak ediblər. Təlimdə qaydalarda olan 12 müddəadan ibarət dəyişikliklər haqqında ətraflı məlumat verilib, bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, ACF-in təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində yeniyetmələr (U-15) arasında cüdo üzrə zona birinciliyi keçiriləcək.

Xəbər 266 dəfə oxundu.