“Neftçi” klubu “Sumqayıt”ın futbolçusu Rəhim Sadıxovu transfer etməkdə israrlıdır
“Neftçi” klubu “Sumqayıt”ın futbolçusu Rəhim Sadıxovu transfer etməkdə israrlıdır. Ötən ilin yayında “gənclik şəhəri” təmsilçisini bu keçidə razı sala bilməyən “ağ-qaralar” mövsümün sonunda istəyinə çata bilər.

R.Sadıqovun “Sumqayıt”la müqavilə müddəti mövsümün sonunadəkdir. Digər klubların da maraq dairəsində olan millimizin yarımmüdafiəçisinin paytaxt təmsilçisinə keçidi daha realdır.

Qeyd edək ki, R.Sadıxov bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda 4 qol vurub.

Xəbər 277 dəfə oxundu.