Avropa çempionatı: Boksçumuz Cəlal Qurbanov səkkizdəbir finalda mübarizə aparacaq
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

Bu gün təmsilçimiz Cəlal Qurbanov (63,5 kq) rinqə çıxacaq. İdmançımız səkkizdəbir finalda ilk mərhələdən azad olan sloveniyalı Nik Nikolovla üz-üzə gələcək. Qeyd edək ki, boksçumuz 1/16 final mərhələsi çərçivəsində Yere Niemelainenə (Finlandiya) qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Xatırladaq ki, komandamız turnirdə 7 boksçu ilə təmsil olunur. Yarış martın 23-də başa çatacaq.


Xəbər 588 dəfə oxundu.