Azərbaycan millisi Avropa çempionatının əsas seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandamız Xorvatiyada keçiriləcək qrup oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunu ispaniyalı baş hakim Pablo Delgado Sastre idarə edəcək.

Xorvatiya-Azərbaycan matçı Karlovac şəhərindəki “Mladost Arena”da keçiriləcək.

Xəbər 401 dəfə oxundu.