Sabah Xorvatiyada yeniyetmə və gənc karateçilər arasında 30-cu Qran-Pri turniri start götürəcək
Martın 18-də Xorvatiyada yeniyetmə və gənc karateçilər arasında 30-cu Qran-Pri turniri start götürəcək.

Samobor şəhərinə təşkil olunacaq yarışda 16-17 və 18-21 yaşlı gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov və kumite üzrə qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə 17 idmançı yer alıb. Belə ki, 16-17 yaşlı gənclər arasında Aysu Əliyeva (53 kq), 18-21 yaşlı idmançıların turnirində Elmir Musayev (60 kq), Hüseyn Məmmədli, Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Hüseyn Hüseynzadə, Abbas Dadaşov (84 kq), Osman Osmanlı, Namiq Quliyev (+84 kq), Xumar Əlibəyova (50 kq), Suada Kərimova (55 kq), Ayla Rzazadə (61 kq), Zəhra Əliverdiyeva (68 kq), Fidan Musayeva (+68 kq) kumite yarışlarında, Ceyhun İsmayılov, Həsənəli Həsənov və Zəhra Qurbanzadə isə kata çıxışlarında mübarizə aparacaqlar.

Milli komanda üzvləri ilə yanaşı, bir sıra klubların idmançıları da Qran-Pri turnirində iştirak edəcəklər.

Qeyd edək ki, bu nüfuzlu yarışda 33 ölkədən 1769 idmançı iştirak edəcək.

Xəbər 300 dəfə oxundu.