Bu gün UEFA Konfrans Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşləri keçiriləcək
Martın 17-də futbol üzrə UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

Bununla da, dörddəbir final mərhələsinin iştirakçıları bəlli olacaq.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransanın “Marsel” klubu “köhlən atlar”la eyni qrupda yer almış İsveçrənin “Bazel” klubunun qonağı olacaq. İlk matçda 2:1 hesablı qələbə qazanan Liqa 1 təmsilçisi üstünlüyünü qorumağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Turnirin favoritlərindən sayılan “Roma” İtaliyada Niderlandın “Vitess” klubu ilə, İngiltərənin “Lester Siti” isə Fransada “Renn”lə üz-üzə gələcək.

Günün bütün görüşləri aşağıdakılardı:

“Bazel” (İsveçrə) – “Marsel” (Fransa) - ilk oyun - 1:2;

“Renn” (Fransa) – “Lester Siti” (İngiltərə) - 0:2;

“Kopenhagen” (Danimarka) - PSV (Niderland) - 4:4;

“AZ Alkmar” (Niderland) – “Budyo/Qlimt” (Norveç) - 1:2;

“Gent” (Belçika) - PAOK (Yunanıstan) - 0:1;

LASK (Avstriya) – “Slaviya Praqa” (Çexiya) - 1:4;

“Roma” (İtaliya) – “Vitess” (Niderland) - 1:0;

“Feyenoord” (Niderland) – “Partizan” (Serbiya) - 5:2.


Xəbər 257 dəfə oxundu.