UEFA Avropa Liqası: “Qalatasaray” öz meydanında “Barselona”nı qəbul edəcək
Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

Cavab mərhələsinin bütün oyunları eyni gündə gerçəkləşəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniyanın “Barselona” klubunu qəbul edəcək. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmayıb.

Turnirin altıqat qalibi İspaniyanın “Sevilya” komandası İngiltərədə “Vest Hem Yunayted”in qonağı olacaq. İspaniya təmsilçisi ilk matçda rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Rusiyanın “Spartak” klubunu UEFA Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniyanın “Leyptsiq” komandfası dörddəbir finala birbaşa vəsiqə qazanıb.

Günün bütün görüşləri aşağıdakılardı:

“Qalatasaray” (Türkiyə) – “Barselona” (İspaniya) - ilk oyun - 0:0;

“Bayer Leverkuzen” (Almaniya) – “Atalanta” (İtaliya) - 2:3;

“Monako” (Fransa) – “Braqa” (Portuqaliya) - ilk oyun - 0:2;

“Srvena Zvezda” (Serbiya) – “Qlazqo Reyncers” (Şotlandiya) - 0:3;

“Vest Hem Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) - 0:1;

“Ayntraxt” (Almaniya) – “Real Betis” (İspaniya) - 2:1;

“Lion” (Fransa) – “Portu” (Portuqaliya) - 1:0.

Xəbər 264 dəfə oxundu.