"Qarabağ"ın legioneri ilk dəfə milli komandaya dəvət alıb
"Qarabağ" klubunun futbolçuları Patrik Andrade və Leandro Andrade Kabo-Verde millisinə dəvət alıb.

Hər iki oyunçu Qvadelupa, Lixtenşteyn və San Marino ilə yoldaşlıq oyunları üçün komandaya cəlb edilib.

L. Andrade ilk dəfə dəvət alıbsa, P. Andrade 2020-ci ildən yığmanın formasını geyinir.

Leandro Andrade Peşəkar Futbol Liqasının iştirak ərizəsində Portuqaliya vətəndaşı kimi göstərilib.

Qeyd edək ki, Kabo-Verde yoldaşlıq oyunlarını müvafiq olaraq, martın 23-də Fransada, martın 25-də və martın 28-də İspaniyada keçirəcək.

Xəbər 248 dəfə oxundu.