CAS Rusiya komandalarının UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakına qoyulan qadağanı qüvvədə saxlayıb
İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının UEFA-nın bu ölkənin klublarının və milli komandalarının qitənin ali futbol qurumunun himayəsi altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırılması ilə əlaqədar qərarının ləğvi ilə bağlı tələbini rədd edib.

Bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, fevralın 28-də FIFA və UEFA Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Rusiya klublarının və milli komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb. Rusiya Futbol İttifaqı martın 7-də bu qərardan CAS-a apellyasiya şikayəti verib.

Xəbər 260 dəfə oxundu.