Azərbaycan millisi Malta yığması ilə yoldaşlıq oyunları keçirəcək
Martın 21-dən 23-dək Bakıda, ayın 23-dən 29-dək isə Maltada 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimiz hazırlıq çərçivəsində martın 23-də və 28-də Maltadan olan yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.

Xəbər 287 dəfə oxundu.