Sabah AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək
Martın 17-də AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək.

İclasın gündəliyində AFFA-nın 2020-ci il yanvarın 28-də keçirilmiş konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, “AVRO-2020”nin və turnirlə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsinin həvalə olunması məsələsi yer alıb. İclasda, həmçinin Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibinin təsdiq olunması və AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, Assosiasiyadan təqaüd alan futbol veteranlarının siyahısına əlavələr edilməsi məsələlərinə də baxılacaq.

Xəbər 244 dəfə oxundu.