“Sumqayıt” sabiq qapıçısı Andrey Popoviç ilə müqavilə imzalayacaq
“Sumqayıt”ın sabiq futbolçusu Andrey Popoviç yenidən “gənclik şəhəri” təmsilçisində oynayacaq.

30 yaşlı qolkiper yaxında “Sumqayıt”la rəsmi müqavilə imzalayacaq. O, artıq Bakıya gəlib.

Qeyd edək ki, A.Popoviç 2014-2015-ci illlərdə də “Sumqayıt”da oynayıb. Onun sonuncu klubu “Çerkassı” (Ukrayna) olub.

Xəbər 270 dəfə oxundu.