Belluççi «Bursaspor»da
«Bursaspor» yarımmüdafiəçi ulduzu Batallanın ardından bir argentinalı futbolçunu da sıralarına qatdı. İdman.com.az saytı xəbər verir ki, klub «Portu»nun argentinalı oyunçusu Fernando Belluççini heyətinə daxil edib.

İlk xarici transferini finlandiyalı Petteri Forselli alaraq edən «Bursaspor», indi də uzun sürən bazarlıqların ardından argentinalının klubu «Portu» ilə hər mövzuda razılaşıb və Belluççiyə ildə 1 milyon 100 min avro ödəyəcəklər.

«Bursaspor»un 4 illik müqavilə imzalayacağı oyunçu Argentinanın «Nyuz Old Boys» klubunda karyerasına başlayıb. 28 yaşlı futbolçu, «River Pleyt», «Olimpiakos», «Portu» və ən son olaraq da «Cenoa»da icarəlik olaraq forma geyib. Belluççi 5 dəfə Argentina milli komandasında oynayıb.

Xəbər 883 dəfə oxundu.