Qadın voleybol klubları arasında “Bahar Kuboku” yarışı keçiriləcək
Martın 17-də Azərbaycan Voleybol Federasiyasının idman zalında Novruz bayramına həsr olunan “Bahar Kuboku” yarışına start veriləcək.

Qadın voleybolçular arasında təşkil olunacaq yarışda Azərbaycan Super Liqasının iştirakçıları - “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları mübarizə aparacaqlar.

Yarış iki gün davam edəcək. Püşkə əsasən, yarış “Azərreyl” - “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Saat 16:00-da “Murov” UNEC-i sınağa çəkəcək.

Reqlamentə əsasən, qalib gələn komandalar birinci, məğlub olanlar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar. Hər iki matç martın 18-də keçiriləcək.

Xəbər 262 dəfə oxundu.