Azərbaycan millisinin Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, millimizin martın 16-dan 19-dək Xorvatiyada keçirəcək seçmə mərhələ oyunlarında Nazim Rəhimov, Fariz Mehraliyev, Xəzər Ağalızadə (hamısı U-19), Azər Fərmanov (“Araz-Naxçıvan”),

Nurlan Məmmədov, Məhəmməd Abbasov, Novruz Kazıxanov, Mikayıl Qiyasov, Mirzə Əmirov, Şaiq Vəlizadə, Fuad Məmmədzadə və Zaur Sultanov (hamısı U-19) iştirak edəcəklər.

Millimiz martın 17-də Xorvatiya, ertəsi gün isə Latviya ilə qarşılaşacaq.

Xəbər 263 dəfə oxundu.