Luiş Fiqu “Neftçi” barədə nə dedi?
“İnter”in idman direktoru Luiş Fiqu Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, bu gün Monakoda keçirilən tədbirin iştirakçısı olan portuqaliyalı futbol əfsanəsi Azərbaycan çempionu “Neftçi”, həmçinin Serbiya “Partizan”ı və Rusiya “Rubin”i ilə birgə yer aldıqları H qrupunu o qədər arzulanan saymır.

Millisinin heyətində Azərbaycan səfər edib, Bakı qələbə həsrəti ilə tərk edən (1:1) Fiqu ölkəmizə növbəti səfərindən məmnun deyil: “Deməzdim ki, bizə asan rəqiblər düşüb. Komandamıza kifayət qədər uzun səfərlər qət etmək lazım olacaq. Lakin istənilən halda, “İnter” asanlıqla qrupdan çıxmalıdır”.

Xəbər 1014 dəfə oxundu.