Triatlonçumuz Rostislav Pevtsov mövsümə uğurla başlayıb
Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov mövsümün ilk yarışında iştirak edib.

İdmançımız “Bicis Pina” komandasının heyətində İspaniya çempionatının duatlon yarışlarında uğurla çıxış edərək qalib olub. Turnir superspint formatında təşkil olunub.

Qeyd edək ki, La Nusiyada bu günlərdə Avropa ölkələrinin triatlon federasiyaları prezidentlərinin konfransında iştirak edən Azərbaycan Triatlon Federasiyasının başçısı Elçin Əliyev R.Pevtsov və millinin baş məşqçisi Sergey Yatsenko ilə görüşərək mövsümə hazırlıq və idmançının iştirak edəcəyi turnirlərdən danışıb. E.Əliyev R.Pevtsovu uğurlu çıxışı münasibətilə təbrik edib və onun sentyabrın sonunda keçirilməsi planlaşdırılan Azərbaycan çempionatında iştirakının mümkünlüyünü müzakirə edib.

R.Pevtsov hazırda İspaniyada təlim-məşq toplanışını davam etdirir.

Xəbər 250 dəfə oxundu.