Taekvondoçularımız Asiya regionu üzrə “President Cup” turnirində böyüklərdən ibarət yığma komandamız dördüncü pillədə qərarlaşıb
İranın paytaxtı Tehran şəhərində keçirilən Asiya regionu üzrə “President Cup” taekvondo turnirində böyüklərdən ibarət yığma komandamız uğurla çıxış edib.

Turnirdə iki gümüş və üç bürünc medal qazanan taekvondoçularımız bu nəticə ilə komanda hesabında dördüncü yeri tutublar.

Qarşılaşmaların idarə olunmasında ölkəmizi təmsil edən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev yarışın “Ən yaxşı hakimi” adına layiq görülüb.

Xəbər 311 dəfə oxundu.