Güləş üzrə Avropa çempionatının bürünc mükafatçısı Zemfira Həşimova məktəblilərlə görüşüb
“Çempionumuz" sosial idman layihəsi çərçivəsində Binəqədi rayonu 248 nömrəli tam orta məktəbdə güləş üzrə Avropa çempionatının bürünc mükafatçısı Zemfira Həşimova ilə məktəblilərin görüşü olub.

Əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev tədbirlə bağlı məlumat verib və idmançımızın nailiyyətlərindən söz açıb.

Z.Həşimova idman karyerası və qazandığı uğurlar barədə gənclərə məlumat verib.

Tədbirdə idmançımız məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Yekunda məktəblilər və pedaqoji heyət ilə xatirə şəkilləri çəkdirilib.

Layihə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Xəbər 271 dəfə oxundu.