Mingəçevirdə tələbələr minifutbol yarışlarında qüvvələrini sınayıblar
Mingəçevir Dövlət Universitetində tələbələr arasında minifutbol üzrə turnir keçirilib.

İdman və sağlamlıq kompleksinin təşkilatçılığı ilə keçirilən turnirdə universitetin Təhsil, iqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrindən ibarət altı komanda mübarizə aparıb. İqtisadiyyat və idarəetmə fakültəsinin 19 komandası qrup, yarım final və final mərhələlərini uğurla başa vuraraq turnirin qalibi adına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə müvafiq idman yarışlarının keçirilməsinə xüsusi önəm verilir.

Xəbər 255 dəfə oxundu.