Basketbol üzrə qızlar liqasında üçüncü turun qalibləri müəyyənləşib
Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən 3x3 basketbol üzrə qızlar liqasında üçüncü turun qalibləri müəyyənləşib.

Böyüklər arasında “Qarabağ”, “Xarıbülbül”, “Generation Z”, uşaqların yarışında isə “BBA (Şağan)”, “Patriot”, “Torpaq” komandaları mükafatçılar arasında yer alıblar.

Qeyd edək ki, 3x3 basketbol üzrə qızlar liqasının birinci turunun oyunları 2021-ci ilin sentyabr, ikinci turunun oyunları isə dekabr aylarında baş tutub.

Xəbər 513 dəfə oxundu.