Gənclərdən ibarət basketbol üzrə Azərbaycan millisi Türkiyə klubuna məğlub olub
İstanbulda təlim-məşq toplanışını davam etdirən gənclərdən ibarət (U-18) basketbol üzrə komandamız növbəti yoxlama oyununa çıxıb.

Millimiz Türkiyənin regional liqa təmsilçisi “Kadıköy Basket” komandası ilə üz-üzə gəlib və oyundan 84:77 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, görüşdə U-18 yığmamız məğlub olsa da, görüşün ən məhsuldar basketbolçusu 26 xalla millimizin üzvü Rəşid Abbasov seçilib.

Xəbər 253 dəfə oxundu.