Parataekvondoçularımız İranda beynəlxalq turnirdə mübarizəyə başlayırlar
Tehranda parataekvondoçular arasında Asiya regionu üzrə “President Cup” G-2 kateqoriyalı beynəlxalq turniri start götürür.

Yarışda baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Röyalə Fətəliyeva (K-44, 47 kq), Sabir Zeynalov (K-44, 58 kq), Sadiq Həmidov (K-44, 63 kq), İmaməddin Xəlilov (K-44, 70 kq) və Əbülfəz Abuzərli (K-44, 80 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, bundan əvvəl böyüklərdən ibarət yığma komandamız “President Cup” yarışında iki gümüş və üç bürünc medal qazanıb.

Xəbər 367 dəfə oxundu.