Azərbaycan millisi Avropa çempionatının ikinci raundunda bu gün sonuncu oyununu keçirəcək
On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci raundunda bu gün sonuncu oyununu keçirəcək.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, millimiz Albaniyada təşkil edilən qrup mərhələsinin sonuncu oyununda Şotlandiyadan olan yaşıdları ilə üz-üzə gələcək. Saat 17:30-da başlayacaq oyunu niderlandlı baş hakim Lizzi Van Der Helm idarə edəcək.

Millimiz daha əvvəlki oyunlarda Albaniyaya 0:1, Şimali Makedoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

Xəbər 266 dəfə oxundu.