Bu gün Azərbaycan Premyer Liqasının təxirə salınmış oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

"Qəbələ" evdə "Zirə" klubu ilə üz-üzə gələcək. Ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən davam etdiriləcək. Bu müddətədək oyunda hesab açılmayıb.

Hazırda 34 xalı olan paytaxt təmsilçisi üçüncü, 32 xalı olan "qırmızı-qaralar" isə dördüncü sırada qərarlaşıb. Bu səbəbdən, 34 xalla ikinci yerdə gedən "Neftçi" bugünkü görüşün nəticəsindən asılı olmayaraq, 3-cü pilləyə geriləyəcək.

Azərbaycan Premyer Liqası

XIX tur

14 mart

12:30. "Qəbələ" – "Zirə" (İKİNCİ HİSSƏ)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" "Sabah"a 1:0, "Neftçi" isə evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

Xəbər 263 dəfə oxundu.