Bizim bombardirlərinin siyahısında dəyişiklik
Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardirlərinin siyahısında dəyişiklik olub. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının IV təsnifat mərhələsinin APOEL-lə Kiprdəki qarşılaşmasında qol vuran futbolçulardan ikisi qol hesabını artırıb.

İlk dəfə avrokuboklarda fərqlənən Flavinyudan fərqli, Julius Vobay 4-cü, Cavid İmamverdiyev isə 3-cü dəfə “Neftçi” azarkeşlərini sevindirib. Bununla da, Cavid qitə kuboklarında 3 və ya daha çox qol vuran 13-cü futbolçumuz olub.

4-cü qolunu vurmaqla 4-cü pilləyə yüksələn Vobay isə ən məhsuldar legionerimiz rekordunu təkrarlayıb. Badri Kvaratsxeliya, Feliks Felipe Almeyda, Branimir Subaşiç kimi 4 dəfə fərqlənən sierra-leoneli qrup mərhələsində göstəricisini yaxşılaşdıra bilər.

Avrokuboklarda 3 və daha çox qol vuran futbolçularımız

1. Rəşad Sadiqov – 6
2-3. Rəşad Sadıqov, Əfran İsmayılov – 5

4-8. Vüqar Nadirov, Badri Kvaratsxeliya, Feliks Felipe Almeyda, Branimir Subaşiç, Julius Vobay - 4

9-13. Rauf Əliyev, Zaur Ramazanov, Müşfiq Hüseynov, Georgi Adamiya, Cavid İmamverdiyev - 3

Xəbər 1289 dəfə oxundu.