“Avro-2022”: Azərbaycan millisi dördüncü səbətdə yer alıb
Slovakiyanın Koşitse şəhərində keçiriləcək minifutbol üzrə Avropa çempionatının püşkatma mərasimi üçün iştirakçı ölkələrin səbət bölgüsü müəyyənləşib.

Azərbaycan millisi dördüncü səbətə düşüb. Həmin səbətdə Portuqaliya, Yunanıstan, Gürcüstan, Fransa və Polşa da yer alıb.
Ümumilikdə komandalar hərəsində 6 yığma olmaqla 4 səbətə bölünüblər.

Püşkatma mərasimi martın 14-də təşkil olunacaq.
Avropa çempionatı iyunun 4-dən 11-dək keçiriləcək.


Xəbər 251 dəfə oxundu.