Azərbaycan komandası Bakıda keçirilən dünya çempionatında daha bir medal qazanıb
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında gümüş medal qazanıb.

Təmsilçilərimizin temp hərəkətində final çıxışı 28,640 xalla qiymətləndirilib.

Fəxri kürsünün ən yüksək pilləsində 29,280 xalla Belçika cütlüyü yer alıb. Böyük Britaniya komandası 28,440 xalla bürünc medala sahib olub.

Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 287 dəfə oxundu.