Balakən şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə bölgə birinciliyinin qalibləri müəyyənləşib
Balakən şəhərində yeniyetmələr (U-15) arasında keçirilən cüdo üzrə bölgə birinciliyi başa çatıb.

101 idmançının mübarizə apardığı turnirdə oğlanlar arasında 9, qızlarda isə 2 çəki dərəcəsində qaliblər bəlli olub. Belə ki, oğlanların yarışında Denis Cumlayev (34 kq), İmamriza Davudov (38 kq), Teymur Gülməmmədov (42 kq), Mahmud Gülməmmədov (46 kq), Sənan Kərimov (50 kq), Məhəmməd Cumayev (55 kq), Ömər Cumayev (60 kq), İlkin Abdullayev (66 kq), Emin Musayev (73 kq) bütün rəqiblərinə qalib gələrək qalib adını qazanıblar. Qızlar arasında isə Nərgiz Salahova (48 kq), Nərmin Qocayeva (52 kq) birinci yerə layiq görülüblər.
Xatırladaq ki, turnirin mükafatçıları Bakı şəhərində keçiriləcək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə qazanıblar.

Xəbər 281 dəfə oxundu.