İranda "President Cup" turnirində daha bir qadın taekvondoçumız medal qazanıb
İranda davam edən Asiya regionu üzrə G-2 kateqoriyalı "President Cup" beynəlxalq turnirində daha bir qadın taekvondoçumuz medal qazanıb.

Qadınlardan ibarət milli komandanın kapitanı, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova gümüş medal qazanıb.

Xatırladaq ki, qadınlar arasında yarışın ilk günü idmançımız Patimat Abakarova (53 kq) bürünc medal əldə edib.

Xəbər 303 dəfə oxundu.