Şotokan üzrə Avropa çempionatı Bolqarıstanda may ayında təşkil olunacaq
Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycan nümayəndəliyinin növbəti yığıncağı keçirilib.

Bakıda keçirilən iclasda Federasiyanın prezidenti Yaşar Bəşirov, beynəlxalq təşkilatın Azərbaycanda rəsmi təmsilçisi Rənad Əliyev və region nümayəndələri iştirak ediblər. Federasiya prezidenti ötən həftə “WSF”nin Azərbaycanda ilk seminarının təşkil edildiyini nəzərə çatdıraraq, perspektivli idmançıların karyerasına müsbət təsir edən belə tədbirlərin iki ayda bir dəfə keçirləcəyini bildirib.

R.Əliyev isə “WSF” Azərbaycan nümayəndəliyinin qarşıdakı iş planından danışıb. İclasda o da bildirilib ki, geosiyasi vəziyyət nəzərə alınaraq Bolqarıstanın Albena Kranevo şəhərində aprel ayında keçirilməsi nəzərdə tutulan şotokan üzrə 12-ci Avropa çempionatının vaxtı dəyişdirilib. Belə ki, yarış mayın 20-22-də təşkil ediləcək.

Xəbər 272 dəfə oxundu.