Sumqayıtda "Shuttle Time" proqramı təşkil olunub
“Membership Grants" layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən “Shuttle Time” proqramı bu dəfə Sumqayıtda təşkil olunub.

Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında idmanın bu növünə maraq oyatmaq və gənc badminton məşqçiləri yetişdirməkdir.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan məşqlərə aşağı yaş qrupları üzrə 80 məktəbli qatılıb. Məktəblilərə badminton qaydaları izah edildikdən sonra məşqlərə start verilib.

İlk mərhələdə ölkə üzrə beş şəhəri əhatə edəcək “Shuttle Time” proqramına ümumilikdə 500-ə yaxın məktəbli cəlb olunub.

“Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilir.

Xəbər 271 dəfə oxundu.