“Trabzonspor” və “Kayserispor” klublarının futbolçuları Azərbaycan millisinə dəvət alıblar
Martın 14-dən 22-dək Bakıda 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, hazırlıq prosesinə Göknur Güleryüz (“Trabzonspor”, Türkiyə), Aytac Feyzullayeva (“Nuxa”), Milana Rəhimova (8-İOEUGİM), Alina Nəhmədova (“Kayserispor”, Türkiyə), Fidan Cəfərova (“Nuxa”), Pərvin Səfərəliyeva (8-İOEUGİM), Aysun Muradova (“Kayserispor”, Türkiyə), Samirə Aşırova (“Balxurma”), Lamiyə Əlizadə (“Kayserispor”, Türkiyə), İrem Bir (“Asya Spor”, Türkiyə), Fatimə Əhmədli (8-İOEUGİM), Sema Nur Arzik (“Hatayspor”, Türkiyə), Nurçin Tarverdizadə (8-İOEUGİM), Leyla Ağayeva (“Gömrükçü”), Tuğba Nur Bozkurt (“Beykent”, Türkiyə), Buse Nur Kocabey (“Antalyaspor”, Türkiyə), Züleyxa Zamanlı (“Gömrükçü”), Türkan Abdullayeva (“Xırdalan City”) və Nahidə Məmmədova (“Nuxa”) dəvət olunublar.

Xəbər 252 dəfə oxundu.