Azərbaycan millisi yoxlama oyununda “Sumqayıt”a qalib gəlib
Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

“Sumqayıt”ın U-17 komandası ilə qarşılaşan millimiz 5:0 hesablı qələbə qazanıb.

Emil Şəkixanovun dubl etdiyi oyunda U-17-nin digər qollarını Eltun Babazadə, Balamirzə Mehdizadə və Elgün İsaqov vurublar.

Xəbər 250 dəfə oxundu.