Daha bir qarışıq cütlüyümüz dünya çempionatında temp hərəkətində çıxış edib
Daha bir qarışıq cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında temp hərəkətində çıxış edib.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz təsnifat mərhələsində hakimlərdən 29,090 xal alıblar. Uğurlu çıxış edən təmsilçilərimiz hazırda təsnifat mərhələsinə liderlik edirlər.

Sabir Ağayev və Mehriban Salamovadan ibarət digər cütlüyümüz isə dördüncü pillədə qərarlaşıb.

Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 249 dəfə oxundu.