Sabir Ağayev və Mehriban Salamovadan ibarət qarışıq cütlüyümüz dünya çempionatında temp hərəkətində proqramını icra edib
Sabir Ağayev və Mehriban Salamovadan ibarət qarışıq cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında temp hərəkətində proqramını icra edib.

Təsnifat mərhələsində cütlüyümüzün çıxışı 26,340 xalla qiymətləndirilib. Cütlüyümüz hazırda ümumi sıralamada ikinci pillədə qərarlaşıb.

Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 261 dəfə oxundu.