UEFA Avropa Liqası: "Qalatasaray" səfərdə "Barselona" ilə heç-heçə edib
Martın 10-da futbol üzrə UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin oyunlarına start verilib.

Günün açılış matçında "Sevilya" İspaniyada İngiltərənin "Vest Hem" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 60-cı dəqiqədə Munir El-Haddadi vurub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Barselona"nın qonağı olub. "Kamp Nou" stadionundakı görüş qolsuz heç-heçə ilə başa çatıb.

Gecənin digər qarşılaşmalarında "Reyncers" Şotlandiyada Serbiyanın "Srvena Zvezda" klubuna, "Braqa" Portuqaliyada Fransa "Monako"suna, "Atalanta" isə İtaliyada Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qalib gəlib.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Rusiyanın "Spartak" klubu UEFA Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i dörddəbir finala birbaşa vəsiqə qazanıb.

Qeyd edək ki, ilk oyun günündə Fransanın "Lion" klubu Portuqaliyada "Portu"nu 1:0, Almaniyanın "Ayntraxt" komandası isə İspaniyada "Betis"i 2:1 hesabı ilə məğlub edib.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə) - 1:0;

"Qlazqo Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0;

"Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0;

"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2;

"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0.

Xəbər 249 dəfə oxundu.