Sumqayıt təmsilçisi "ağ-qaralar"a qrup mərhələsində uğurlar arzuladı
Ölkə çempionu "Neftçi" Azərbaycan Futbol Tarixinə qızıl hərflərlə yazılacaq uğura imza atıb. Paytaxt təmsilçisi Avropa Liqasının 4-cü təsnifat mərhələsində səfərdə APOEL (Kipr) üzərində inamlı qələbə qazanaraq (3:1) qrup mərhələsinə vəsiqə qazanıb.

Bununla bağlı "Sumqayıt" rəhbərliyi "ağ-qaralar"a təbrik ünvanlayıb: "Sumqayıt" Futbol Klubunun rəhbərliyi Azərbaycan futbol ictimaiyyətini və "Neftçi" rəhbərliyini möhtəşəm qələbə münasibəti ilə təbrik edir və "ağ-qaralar"a qrup oyunlarında uğurlar arzulayır.

Xəbər 1042 dəfə oxundu.