Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının birinci gününə yekun vurulub
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının birinci gününə yekun vurulub.

Son olaraq qadın cütlüklərin temp hərəkətində finalçıların adlarına aydınlıq gəlib. Təsnifat mərhələsində uğurla çıxış edən Portuqaliya, Macarıstan, Qazaxıstan, ABŞ, Böyük Britaniya və Avstraliya cütlükləri martın 13-də təşkil olunacaq finalda medallar uğrunda yarışacaqlar.

Martın 13-dək davam edəcək çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin yarışında təmsil edirlər. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparırlar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 266 dəfə oxundu.