Dünya çempionatında kişi qrupların balans hərəkətində təsnifat mərhələsinə yekun vurulub
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında kişi qrupların balans hərəkətində təsnifat mərhələsinə yekun vurulub.

Təsnifat mərhələsində uğurla çıxış edən Belçika, Böyük Britaniya, İsrail, Almaniya, ABŞ və Özbəkistan qrupları medallar uğrunda mübarizə aparacaqlar.

Bu kateqoriyada final mərhələsi martın 13-də təşkil olunacaq.

Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 257 dəfə oxundu.