Belçika gimnastları Bakıda keçirilən dünya çempionatının komanda hesabında qızıl medal qazanıblar
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının komanda hesabında qalibləri müəyyənləşib.

Üç kateqoriya üzrə ən çox – 51 xal yığan Belçika çempionatın qızıl medalına sahib olub.

Portuqaliya gimnastları 48 xalla gümüş medal qazanıblar. İlk üçlüyü 46 xalla Böyük Britaniya komandası tamamlayıb.

Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 267 dəfə oxundu.