Slovakiya – Azərbaycan oyunu azarkeşlərin iştirakı ilə keçiriləcək
Martın 14-dən Slovakiyada azarkeşlər oyunları stadionlardan izləyə biləcəklər.

Bu barədə Slovakiya Futbol İttifaqının saytı məlumat yayıb.

Bildirilib ki, martın 14-dən pandemiyaya qarşı bütün məhdudiyyətlər ləğv ediləcək. Buna baxmayaraq qurum hər kəsin maska taxmağa davam etməli olduğunu bildirib.

Federasiya iki ildən sonra stadionların məhdudiyyətsiz fəaliyyətindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, millimizin Millətlər Liqasındakı rəqiblərindən biri Slovakiya yığmasıdır. Millimiz Slovakiya ilə ilk görüşünü iyununu 10-da evdə, növbəti matçını isə sentyabrın 22-də səfərdə keçirəcək.

Xəbər 247 dəfə oxundu.