Cüdo üzrə yeniyetmələrdən ibarət yığma komandamız təlim-məşq toplanışını davam etdirir
Cüdo üzrə yeniyetmələrdən ibarət yığma komanda qarşıdakı yarışlara hazırlaşır.

Hazırda baş məşqçi Ramiz Ramizzadənin rəhbərlik etdiyi oğlanlardan ibarət komanda Bakıda təlim-məşq toplanışındadır. İdmançılar daha sonra hazırlıqlarını Sumqayıtda davam etdirəcəklər.

Təlim-məşqlərin təşkilində əsas məqsəd cüdoçuların bacarıqlarını təkmilləşdirmək, onların qarşıdakı beynəlxalq yarışlarda yüksək səviyyədə çıxışını təmin etməkdir.

Xəbər 300 dəfə oxundu.