Basketbol üzrə Azərbaycan millisi Türkiyə klubuna qalib gəlib | |
Basketbol üzrə Azərbaycan yığma komandası Türkiyədə təlim-məşq toplanışındadır. Millimiz İzmirdə təşkil olunan hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib. Millimiz Türkiyənin “Karşıyaka” komandası ilə qarşılaşıb. Millimiz bu görüşdə 75:70 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar basketbolçusu 34 xalla millimizin üzvü Amil Həmzəyəv olub. |
|
Xəbər 315 dəfə oxundu. |
|
|