“Sportinq”in futbolçusu Rodriqu Ribeyru Çempionlar Liqasının tarixinə düşüb
“Sportinq”in futbolçusu Rodriqu Ribeyru Çempionlar Liqasının tarixinə düşüb.

O, 16 yaş 315 günlüyündə Çempionlar Liqasının səkkizdəbir final matçı çərçivəsində “Mançester Siti” ilə görüşün 89-cu dəqiqəsində meydana daxil olub. Bununla da turnirin pley-off mərhələsində oynayan ən gənc futbolçu kimi yarışın tarixinə düşüb.

Qeyd edək ki, Çempionlar Liqasında debüt etmiş ən gənc futbolçu isə Yusuf Mukokodur. O, ilk dəfə 2020-ci ildə 16 yaş 18 günlüyündə komandası “Borussiya” (Dormund) ilə turnirin qrup mərhələsində oynayıb.

Xəbər 251 dəfə oxundu.