Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi davam edir
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi davam edir. Turnirdə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandadan 14 çəki dərəcəsi üzrə 327 boksçu iştirak edir.

Bakı Boks Mərkəzində təşkil olunan yarışın ikinci günündə daha 56 görüş keçirilib. Belə ki, 46, 50, 57, 63, 66, 70 və +80 kiloqram çəki dərəcələrində qüvvəsini sınayan boksçular rinqə çıxıblar. Qələbə qazanan idmançılar mərhələ adlayıblar.

Birinciliyin üçüncü günündə 7 çəki dərəcəsində 51 qarşılaşma keçiriləcək.

Qeyd edək ki, yarışa martın 14-də final görüşləri ilə yekun vurulacaq.

Xəbər 319 dəfə oxundu.