AFFA-nın əməkdaşı UEFA tərəfindən təyinat alıb
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Slaviya” (Praqa, Çexiya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Matç martın 17-də Avstriyanın Sankt-Polten şəhərindəki NV Arenada keçiriləcək.

Xəbər 256 dəfə oxundu.