"Barselona"nın baş məşqçisi Tito Vilanova 2 oyunluq diskvalifikasiya olunub
"Barselona"nın baş məşqçisi Tito Vilanova 2 oyunluq diskvalifikasiya olunub. Buna səbəb onun primeranın II turunun "Osasuna" ilə qarşılaşmasında hakimlərlə mübahisə etdiyinə görə texniki zonadan qovulmasıdı.

Lakin "Barselona" bu qərardan apellyasiya verib, hələ cavab almadığından Vilanova İspaniya superkubokunun Madrid "Real"ı ilə keçirilən cavab matçında komandanın "sükanı arxasında" olub. 42 yaşlı mütəxəssis primeranın sentyabrın 2-də "Valensiya", 16-da isə "Xetafe" ilə görüşlərini kənardan izləyəcək.

Xəbər 940 dəfə oxundu.