Dağ Velosipedi Parkında MTB üzrə mövsümün açılış yarışı keçirilib
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2022-ci il üçün təsdiq edilmiş vahid təqvim planına əsasən, Dağ Velosipedi Parkında MTB üzrə mövsümün açılış yarışı keçirilib.

Açıq xarakterli yarışda 30-dan artıq həvəskar və peşəkar velosipedçi iştirak edib.

Enişli-yoxuşlu və sərt döngələrlə zəngin, uzunluğu 4 kilometrə bərabər olan marşrut boyunca yeniyetmələr 2, böyüklər isə 3 dairə vurublar. On iki kilometr məsafəni hamıdan tez qət edən Əmral Abduləzizli böyüklər arasında birinci yerə layiq görülüb. Nəcəf Bağırov ikinci, Mirkazım Seyidəliyev isə üçüncü olublar.

Yeniyetmələr arasında isə Maksim Polikarpov bütün rəqiblərindən daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tural Axundlu və Çingizxan Məmmədli finiş xəttinə 2-ci və 3-cü gəliblər.

Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Xəbər 269 dəfə oxundu.